Elman Rüstəmov: “Əmanətlərdə dollarlaşma səviyyəsi 66%-ə enib”

12 Fevral, 13:04

“İqtisadiyyatda əmanətlərin dedollarizasiyası başlayıb”.

VOİCEPRESS-in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 80%-dən 66%-ə enib.

“Hüquqi şəxslərin əmanətlərində isə dollarlaşma qalmaqdadır. Bu dollarlaşma onların hesablarında valyuta vəsaitlərinin qalıqlarının artması, eyni zamanda ixracın şaxələnməsi ilə bağlıdır,” – deyə E. Rüstəmov bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here