Bolqarıstanın Baş naziri Azərbaycana gəlib

15 Yanvar, 17:00

Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfərə gəlib.

VOİCEPRESS.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gələn B.Borisovun səfəri yanvarın 16-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında mal dövriyyəsi 2017-ci ilin yanvar-noyabr aylarında 35,453 milyon dollar təşkil edib.

İki ölkə arasında, həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here