Ərdoğan: ” Hərəkat hər an başlaya bilər”

15 Yanvar, 16:02

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qazan Soda Elektrik Zavodu açılışında çıxışı zamanı Türk silahlı qüvvələri ən qısa müddətdə Afrin və Münbiç məsələsini Allahın izni ilə həll edəcəyini, hərəkatın hər an başlaya biləcəyini qeyd edib.

VOİCEPRESS.AZ xəbər verir ki, o, bildirib ki, Suriyada, İraqda və Avropada baş verən hadisələr də bunula bağlıdır: “Nə olur-olsun, bizə mane ola bilməyəcəklər. Türkiyə artıq yerini mövqeyini bilsin deyir bəziləri. Ancaq unutmasınlar ki, biz Türkiyəyik. Biz adi bir çadır dövləti deyilik. Suriyadan bizi təhdid edənlər bilsinlər ki, bütün terror qüvvələri birləşib üzərimizə gəlsə belə onları məhv edəcəyik. Sonuna qədər də mübarizə aparacağıq”

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here