Ermənistanda bəzi qiymətlərin artmasına qarşı ictimai və siyasi dairələrdə olan narazılıqla, eləcə də prezident Serj Sərkisyanın bu məsələylə bağlı təklifləriylə əlaqədar olaraq Ermənistan partlamenti 23 yanvarda dinləmələrə başlayacaq.
VOİCEPRESS.AZ xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistan parlamentinin spikeri Ara Babloyan söyləyib. Onun sözlərinə görə, dinləmələrdə inflyasiyanın nəticələrinin yumşaldılması imkanları müzakirə ediləcək.
Qeyd edək ki, Ermənistanda avtomobil yanacağının həcmi artırılıb. Yanacağın qiymətinin artırılması ölkədə digər məhsullara da təsir göstərib. Nəticədə yeni ilin ilk günündən etibarən Ermənistanda bahalaşma başlayıb.
Artıq məsələ ilə bağlı erməni ekspertləri həyəcan təbili çalırlar. Ekspertlər bu bahalaşmanın sosial qiyam yaradacağını və bunun gələcəkdə siyasi qiyama keçəcəyini bildiriblər.
VOİCEPRESS.AZ







