Türkiyədə təyyarə dənizə sürüşdü

15 Yanvar, 11:08

Türkiyənin Trabzon şəhərindəki hava limanından PC8622 reysi ilə Ankaraya uçacaq “Boeing 737-800” sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq dərəyə, dəniz sahilinə düşüb.

VOİCEPRESS.AZ Türiyə KİV-nə istinadən bildirir ki, “Pegasus Airline” aviaşirkətinin təyyarəsi uçuş-enmə zolağından sola çıxaraqa yüksək sahilin yamacı ilə aşağı sürüşüb.

Təyyarə dənizin bir neçə metrliyində dayanıb.

“Pegasus Airlines” aviaşirkətinin təyyarəsində 168 sərnişin və heyət üzvü vardı. Qəzada xəsarət alan olmayıb.

Təyyarə aşağı sürüşəndə sərnişinlər arasında vahmə və təlaş yaranıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here