Rusiya aviaşirkəti Bakıya yeni reys açır

12 Yanvar, 16:20

Rusiyanın “Nordstar” aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək.

Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq.

Yeni istiqamət üzrə reyslər “Boeing 737-800” təyyarələri ilə yerinə yetiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here