Əli Məsimli: “Azərbaycanın müstəqilliyinə fikirdə, sözdə və işdə xidmət edən çox dəyərli insan”

22 Dekabr, 16:23

“Azərbaycanın müstəqilliyinə fikirdə, sözdə və işdə xidmət edən çox dəyərli insan kimi sizə həmişə sayğılarımız olub, olacaq”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu millət vəkili Əli Məsimli tanınmış jurnalist Məzahir Süleymanzadənin 65 illik Yubileyi münasibəti ilə təbrik edərkən deyib. O bildirib ki, Məzahir Süleymanzadə çox dəyərli insandır: “Azərbaycanın media aləmində özünəməxsus şərəfli yeri olan, respiblikanın əməkdar jurnalisti,hər cəhətdən çox layiqli və gözəl insan Məzahir müəllimi (Məzahir Süleymanzadə) 65 illik YUBİLEYİ münasibətilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

“Sovet dönəmində çox riskli olmasına baxmayaraq, heç nədən qorxmadan bizim Azərbaycanın müstəqilliyinə dair Konsepsiyamızı və ondan irəli gələn yazılarımızı ölkənin mətbu nəşrləri arasılnda ən çox tirajla nəşr edilən “Səhər” qəzetində çap etməyinizi heç vaxt unutmayacağıq və Azərbaycanın müstəqilliyinə fikirdə, sözdə və işdə xidmət edən çox dəyərli insan kimi sizə həmişə sayğılarımız olub, olacaq və həmişə ifadə edəcəyik!”

Hörmətlə, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri
Əli Məsimli

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here