VOİCEPRESS.AZ xəbər verir ki, tədbirdə BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb, GəncMİİB – in gənc mühəndislərin inkişafında əhəmiyyətli rolundan danışıb və onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.
GəncMİİB-in sədri Yusif Yusifov da tədbir iştirakçıları salamlayıb və BANM-ın rəhbərliyinə göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edib. Daha sonra GəncMİİB-in sədr müavini Zaur Mirzalıyev təşkilatın fəaliyyət istiqamətlərindən, gənc mühəndislərin bilik və bacarıqlarının artırılmasında olan rolundan danışıb.
Tədbirdə BP-nin Xarici işlər şöbəsinin rəhbəri Rəşad Bayramov, Balacans MMC-nin Keyfiyyət və Sətəm departamentinin müdiri Nazim Məmmədov, BP-nin Mexanika mühəndislərinin komanda rəhbəri İlkin Həmidov, T&I Consultancy şirkətinin Araşdırma komandasının lideri Leyla Abdullayeva, BP-nin Elektrik mühəndisi Məhəmməd Əliyev və Keepface şirkətinin Texniki meneceri Elşad Yusifli spiker qismində çıxış edərək auditoriyaya müxtəlif maraqlı mövzularda prezentasiyalar ediblər.
“Mühəndis Günləri 2017”-də etdiyi maraqlı çıxışlarına görə tədbirin spikerlərinə plaketlər təqdim olunub.
Tədbir boyunca müxtəlif şirkətlərin nümayəndələri və 200-dən çox tələbə eyni platformada görüşdürülərək müxtəlif problemləri müzakirə edib və ortaq həll yolu tapmaqla bağlı fikirlər səsləndiriblər.
VOİCEPRESS.AZ







