Etibar Pirverdiyevdən yeni təyinatlar

21 Noyabr, 17:24

“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) direktoru Gülağa Bəşirov vəzifəsindən azad edilib.

VOİCEPRESS.AZ xəbər verir ki, bununla bağlı “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev əmr imzalayıb.

E.Pirverdiyevin əmri ilə qurumun yeni direktoru uzun müddət burada baş mühəndis işləmiş Təhmasib Hüseynov təyin edilib.

“Azərenerji” prezidentinin digər əmri ilə G.Bəşirov Şəki Elektrik Stansiyasına direktor təyin olunub.

Xatırladaq ki, Cənubi Qafqazın ən böyük İES-i olan “Azərbaycan”ın gücü 2 400 MVt-dır

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here