Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

15 Noyabr, 14:01

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Nazir deyib ki, Braziliya çox sülhsevər ölkədir.

“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ATƏT-in Minsk qrupu çərçivəsində müsbət həll olunmasını istəyirik”.

Qeyd edək ki, Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra bu gün Bakıya rəsmi səfərə gəlib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here