Türkiyədə polis avtomobili partladılıb

17 Oktyabr, 18:50

Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində 12 nəfər yaralanıb.

VOİCEPRESS-in NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Mersin Valiliyindən bildirilib.

Yaralananlar polis əməkdaşlarıdır.

İHA-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.

Türkiyədə polis avtomobili partladılıb

18:50

Türkiyədə polisin xidməti avtomobilinə hücum edilib.

VOİCEPRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Mersin şəhərində polis avtomobili partladılıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.

Ölən və yaralananlar barədə xəbər yoxdur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here