İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb

16 Oktyabr, 21:22

İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, biri ağır olmaqla 3-ü yaralanıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahı məlumat yayıb.

Belə ki, Zap bölgəsində Türkiyə hərbçilərinin avtomobilinin keçdiyi yolda əldəqayırma partlayıcı partladılıb və PKK terrorçuları ilə silahlı qarşıdurma yaranıb.

Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin ərazini bombalayıb, nəticədə 8 terrorçu məhv edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here