Söhbət əsnasında kürt dövlətinin yaranması, Amerikanın Türkiyəyə qarşı tətbiq etdiyi viza qadağası, Suriya, İraq, İsrail və Avropa Birliyi kimi geopolitik məsələlərlə bağlı fikirlər yürüdüldü, müzakirələr aparıldı. Türkiyəli millət vəkili, hörmətli Atilla Sərtəl Ulu Öndər Həydər Əliyevin “Biz bir millət, iki dövlətik” ifadəsi ilə Azərbaycan və türkiyə arasında sıx dostluğun mövcud olmasından danışdı. Atilla Sərtəl Xocalı qətliamını dünyaya duyurmaq adına türkiyədə dəfələrlə etdiyi sərgilər haqda məlumat verdi.
Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı türkiyəli millət vəkili və onun xanımı Zinət xanımı partiyanın mənzil qərargahını gəzdirib. Onlara partiyanın yaranma tarixi haqqında məlumat verməklə yanaşı, dahi lider Heydər Əliyevlə tanışlığından bəhs edib.
Daha sonra Xanhüseyn Kazımlı türkiyəli həmkarı Atilla Sərtələ Heydər Əliyevin diplomatik siyasi yolundan bəhs edən “Böyük siyasətin davamı” adlı kitablar toplusunu hədiyyə edib və belə görüşlərin keçirilməsinin faydalı olduğunu bildirib.
Sonda xatirə rəsmi çəkdirdilər.
Ü. Musazadə
VOİCEPRESS.AZ










