AŞPA-da vəziyyət ürəkaçan deyil – Millət vəkili

9 Oktyabr, 15:49

Son hadisələr Avropa ŞurasıParlament Assambleyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi və yeni seçiləcək prezidentin üzərinə böyük vəzifə düşür.

VOİCEPRESS-in xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümyəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın plenar iclasında çıxış edib.

S.Seyidov bildirib ki, Azərbaycan müsəlman dövləti olaraq insan hüquqları sahəsində böyük nəaliyyətlər əldə edib. O deyib ki, bəzi müsəlman dövlətlərində baş verən mənfi əməllər bütün müsəlman ölkələrinə şamil edilməməlidir.

Azərbaycanın AŞPA-dakı nümyəndə heyətinin rəhbəri qeyd edib ki, son hadisələrlə bağlı Avropa Şurası dövlətləri daxilində fikir ayrılıqları güclənib və bu mənfi təmayül davam etməkdədir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here