VOİCEPRESS Haberler-ə istinadən xəbər verir ki, oyundan sonra “A Spor” telekanalında Erman Toroğlu canlı yayımda matçı analiz edib.
Çox əsəbləşdiyi görünən Toroğlu TFF-nin prezidenti Yıldırım Demirören, Arda Turan ve Luçeskunu sərt şəkildə tənqid edib:
“Arda milli komandadakı 100-cü matçında stadionda vaxt keçirməklə məşğuldur. Təzahürat çox olmasın deyə stadionun kənarına yaxınlaşır ki, tez çıxıb, qaçsın. Çox tez rəqib qapıya gedim demir, amma aradan çıxmaq istəyir. Bütün bunların səbəbkarı Futbol Federasiyasıdır. Yıldırım Demirören, Arda Turan və Luçeskunu da götürüb, rədd olub getsinlər. Türk insanını ələ salmayın. Əxlaqsızlıq etməyin”.
Erman Toroğlunun İslandiya məğlubiyyətindən sonrakı sözügedən çılğın şərhini aşağıdakı videoda təqdim edirik:
VOİCEPRESS.AZ







