Şimali Koreyanın nüvə silahından istifadə edərsə…

5 Oktyabr, 16:35

Şimali Koreyanın nüvə silahından istifadə edərək Yaponiya və Cənubi Koreyaya hücum edəcəyi halda 2.1 milyon insan məhv olacaq, yaralıların sayı isə 7.7 milyona çatacaq.

VOİCEPRESS xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ və Koreya İnstitutunun eksperti Maykl Zaqurik danışıb.

Ekspertin sözlərin görə, Pxenyanın arsenalında ən azı 25 nüvə silahı mövcuddur. Nüvə başlıqlarının gücü isə 15-250 kiloton arasında dəyişir. Silahlar tətbiq edilərsə, ən pis halda 10 milyona yaxın insan fəlakətlə qarşı-qarşıya qalar.

Qeyd edək ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, ballistik raket sınaqları keçirməyə davam edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here