Modeldən Atatürkçüləri əsəbiləşdirəcək açıqlama

1 Oktyabr, 12:47

Atatürk deyiləm ki, Atatürkçü olum.

VOİCEPRESS xəbər verir ki, bu sözləri türkiyəli model Tuhçə Kazaz deyib.

O, jurnalistin “Atatürkçüsünüzmü?” sualına belə cavab verib:

“Mən Atatürkün məntiqinə, fikirlərinə, hissiyyatına sahib deyiləm. Belə ki, mən ancaq Atatürkün etdiklərini bəyənib-bəyənməyə bilərəm. Ümumiyyətlə bu “çülük”lərin hamısının bölücülük və seperatizm olduğunu düşünürəm. Bu tip bölünmələrdən uzaq durmaq lazımdır”.

Qeyd edək ki, Tuhçə Kazaz tez-tez siyasi açıqlamaları ilə gündəmə gəlir. Model bundan öncə də “AKP-dən soyudum” açıqlaması ilə uzun müddət müzakirə mövzusu olmuşdu.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here