Türkiyənin erməni deputatı Bərzanini müdafiə etdi

30 Sentyabr, 10:40

Türkiyə millət vəkili Karo Paylan İraq Kürdistandakı referendumdan sonra Türkiyənin küçələrindən birində asılmış Bərzani əleyhdarı posterlə bağlı qeyd yazıb.

VOİCEPRESS xəbər verir ki, o, bu qeydini öz Tvitter səhifəsində yerləşdirib.

“Siz nifrətə yol açan bu poster üçün şərh tələb edirsinizmi?” – deyə o qeydində bildirib.

Qeyd edək ki, posterdə “Bərzaninin yəhudi kökləri var. Biz sənin kim olduğunu bilirik. Sənin əsas məsələn Kürdütan deyil, böyük İsraildir” ifadələri yer alıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here