İrəvanda yanğın: Kimyəvi reaktivlər…

29 Sentyabr, 17:50

İrəvanda Mnconyan adına Orqanik və Əczaçılıq kimyası elmi-texnologiya mərkəzinin korpuslarının birində yanğın başlayıb.

VOİCEPRESS xəbər verir ki, yanğın yerli vaxtla saat 10:00-da başlayıb.

Hadisə yerinə 6 yanğınsöndürən maşın göndərilib.

***

İrəvanda Mnconyan adına Orqanik və Əczaçılıq kimyası elmi-texnologiya mərkəzinin korpuslarının birində baş verən yanğın ciddi təhlükə törədib.

Yanğın söndürülsə də binanın zirzəmisində olan kimyəvi reaktivlərin bəzisi yanıb.

İrəvan xilasetmə xidmətinin rəhbəri Nersik Nəzəryan bildirib ki, hansı reaktivlərin yandığı məlum deyil:

“Fövqəladə Hallar Nazirliyinin kimya mütəxəssisləri yanğının havanın çirklənməsinə səbəb ola biləcəyi ehtimallarını araşdırırlar”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here