Tansu Çillər prezidentin müavini olacaq?

10 Sentyabr, 15:38

Tansu Çillər son dövrdə prezidentin proqramlarına tez-tez dəvət edilir.

VOİCEPRESS Türkiyə təmsilçiliyinə istinadən bildirir ki, keçmiş baş nazir Çillər “Prezident müavini təklifi aldığı” istiqamətindəki iddiaları rədd edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2019-cu il seçkilərində 50+1faiz səs ala bilməsi üçün daha geniş bir spektri əhatə edərək, bu məqsədlə müavinlərini fərqli təbəqələrdən seçəcəyi, bu adlardan birinin də keçmiş baş nazir Tansu Çillər olacağı iddiaları gündəmə gəlib.

Çillərin son dövrdə prezident proqramlarına tez-tez dəvət edilməsinin də bunun göstəricisi olduğu irəli sürülür.

Sözügedən iddialarla bağlı sualı cavablandıran Çillər, “Belə bir şey qətiyyən danışılmır” cavabını verib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here