Türkiyənin Adana bölgəsində polis tərəfindən keçirilən anti-terror əməliyyatı nəticəsində 12 terrorçu yaxalanıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Məlumata görə, saxlanılan şəxslər avqust ayının 15-də polis forması geyinərək müxtəlif ərazilərdə silahlı və bombalı terror aktları törətməyə hazırlaşıb. Keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçulardan 12 ədəd avtomat “Kalaşnikov”silahı, 1000 ədəd güllə, 24 ədəd əl qumbarası və bomba hazırlamaq üçün istifadə olunan digər kimyəvi maddələr götürülüb.
VOİCEPRESS.AZ







