Rus siyasətçi: “Tramp Putinə güzəşt etməyəcək”

7 İyul, 15:59

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Moskvaya qarşı heç bir güzəştə imkan verməyəcək.

VOİCEPRESS xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı müxalif siyasətçi Konstantin Borovoy söyləyib.

“Rusiya çalışır ki, bu görüş danışıqlar prosesinin başlanğıcı olsun. Tramp isə öz növbəsində Polşadan çıxış edərək, Rusiyanı Avropadakı destablizasiyaya son qoymağa səsləyib. Bu, ciddi çağırışdır. Putinin əsas hədəfi qlobal danışıqlar üçün şərait yaratmaqdır. Onun son günlər həyata keçirdiyi provokasiyalar da buna hesablanıb”, – deyə o bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here