Avropada energetika monopoliyası yoxdur.
VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Avropa bazarında əsas və ikinci dərəcəli oyunçular var. Burada hər şeyi bazar həll edir və onu siyasiləşdirmək lazım deyil”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Avropada Rusiyanın enerji monopoliyasını pozacağını bildirmişdi.
VOİCEPRESS.AZ







