Bakıda musiqi bayramı təşkil olunacaq.
YARAT Müasir İncəsənət Mərkəzindən VOİCEPRESS-ə verilən məlumata görə, bayram iyul ayının 1-də təşkil olunacaq.
Festivalda peşəkar musiqiçilər iştirak edəcək. Musiqi bayramı təmənnasız olaraq hər kəs üçün nəzərdə tutulub. Həmçinin ifa olunma tərzindən asılı olmayaraq, bütün musiqi janrlarına açıqdır.
Bu musiqi bayramı dünyanın 120 ölkəsində, eləcədə 30 ildir Fransada ənənəvi olaraq qeyd edilir.
Qeyd edək ki, həmin gün Azərbaycandakı Fransız İnstitutu, Fransanın ölkəmizdəki səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Hard Rock Café” və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində musiqi tədbirləri təşkil olunacaq.
VOİCEPRESS.AZ






