Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sans Azərbaycanda rəsmi səfərdədir.
VOİCEPRESS xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir səfəri çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüş keçirəcək.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı perspektivləri müzakirə olunacaq.
Xatırladaq ki, E.Məmmədyarov iyun ayının əvvəlində Kosta-Rikada səfərdə olmuşdu.
VOİCEPRESS.AZ







