Kamçatka vulkanı 5,5 kilometrədək kül püskürdü

13 İyun, 08:29

İyunun 13-ü Klyuçovskaya Sopka vulkanı 5 min metr hündürlüyədək kül püskürüb.

VOİCEPRESSin RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda yerli XİN xəbər verir.

Külək sayəsində kül qərb və cənub-qərb istiqamətlərində yayılıb.

Külün yolu istiqamətində yaşayış məntəqələri yoxdur. Turistlərə vulkan yaxınlığında marşrut təşkil etməmək tövsiyə olunub.

Vulkana narıncı aviasiya təhlükə kodu verilib.

Qeyd edək ki, 4 min 850 metr hündürlüyü olan Klyuçovskaya Sopka vulkanı Avrasiyanın aktiv olan ən yüksək vulkanıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here