“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – Estoniya XİN başçısı

12 İyun, 15:15

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

S. Mikser bildirib ki, münaqişənin sülh yolu ilə həlli tərəflərin maraqlarına xidmət edir: “Vəziyyəti çətinləşdirəcək ritorikandan çəkinmək lazımdır. Biz Minsk qrupunun bu münaqişənin həllində daha çox səy göstərəcəyinə əminik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here