Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər bu gün sınaq imtahanları verir

11 İyun, 09:03

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali məktəblərin I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları keçirir.

Mərkəzdən VOİCEPRESS-ə verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda keçiriləcək. İmtahanlar ümumilikdə 30 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. İmtahanların idarə edilməsi üçün 91 imtahan rəhbəri, 929 nəzarətçi-müəllim ayrılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here