Qənirə Paşayeva 4 ölkənin naziri ilə görüşdü

3 İyun, 15:38

Millət vəkili Qənirə Paşayeva Slovakiya, Polşa, İslandiya və Malayziyanın qadın nazirləri ilə Qarabağ haqda söhbətlər aparıb.

VOİCEPRESS xəbər verir ki, millət vəkili Slovakiyanın Əmək, Ailə və Sosial İşlər naziri Anja Kopac Mrak, Polşanın sabiq Əmək naziri, İşəgötürənlər Konfederasiyasının prezidenti Henryka Boçniarz, İslandiyanın sabiq Ətraf Mühit naziri Conina Bjartmarzla görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və Azərbaycan həqiqətləri ilə bağlı məlumat verib.

Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları haqda da danışıb.

Azərbaycanın Slovakiya, Polşa, İslandiya və Malayziya ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolundan söz açıb.

Görüşün sonunda millət vəkili onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here