Azərbaycan Respublikasının prezidentinin verdiyi hər bir qərar strateji və düşünülmüş siyasətə dəyanır. Bu üzdən admenistrasiyada baş verən struktur dəyişikliklərinə müsbət baxmalıyıq.
Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı deyib. O qeyd edib ki, hələ sentyabr ayında keçirilən Referendum istənilən sahədə islahatların aparılacağını sübut edirdi:
“Kadr dəyişikliyi də islahatların reallaşması üçün real addımlardan biridir. Və bu real addımlar məqsədə çatmaq üçün dövlət rəhbərliyi tərəfindən daha məqsədə uyğun görünürsə, deməli bu qərar hamımızı sevindirməlidir. Birdəki, Cənab İlham Əliyev çox humanist insandır və o hər zaman insan övladının əsil əməyini layiqincə qiymətləndirir…”
Aysel İsgəndərova
VOİCEPRESS.AZ







