Qadın çantası 380 min dollara satıldı

2 İyun, 11:25

“Christie’s”in Honkonqda keçirdiyi hərracda timsah dərisindən orlan qadın çantası 380 min dollara satılıb. Çantanı alan honkonqlunun adı açıqlanmır.

VOİCEPRESS
AsiaOne-a istinadən bildirir ki, “Hermes” brendinin 2014-cü ildə hazırladığı “Matte White Himalaya Niloticus Crocodile Diamond Birkin” qadın çantası ağ, albinos timsah dərisindən tikilib və 18 karatlıq ağ qızıldan furnituraya malikdir. Çanta brilyant qaşlarla bəzədilib.

Viktoriya Bekhem və Kim Kardaşyanın “Himalayan Nilo Crocodile Birkins” çantaları var. Bu çantalar brilyant qaşlarla inkrustasiya olunmayıb və qiyməti 80-120 min dollar arasındadır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here