Ronaldu 6 milyon avro təzminat ödəyib

27 May, 08:24

“Forbes”in versiyasına görə dünyanın ən yüksək ödənişli futbolçusu olan Kriştianu Ronaldu vergidən yayınmada ittiham olunduqdan sonra könüllü surətdə 6 milyon avro ödəyib.
VOİCEPRESS
bildirir ki, bu barədə “Marca” qəzeti yazıb.
Bundan əvvəl İspaniyanın Maliyyə Nazirliyi və Vergi Xidməti Madridin “Real” klubunun hücumçusunu 2014-cü ildə 15 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edib.
Nəşr qeyd edir ki, Ronaldu cinayət təqibi və işin açılmasından qaçmaq üçün pulu könüllü surətdə ödəyib. Cinayət işinin açılması futbolçunun cərimələnməsinə və ya 5 il müddətinə azadlıqdan məhrum ediləmsinə gətirib çıxara bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here