“Terrorçunun şəxsiyyəti məlum oldu” – Tereza Mey

23 May, 14:39

İngiltərənin Mançester şəhərində ABŞ-lı müğənni Ariana Qrandenin konsert verdiyi “Mançester Arena”da partlayış törədənin kimliyi məlum olub.

VOİCEPRESS Hürriyet-ə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey yerli mətbuata etdiyi açıqlamada məlumat verib. Xanım nazir ingilis polisinin teraktı törədənin şəxsiyyətini müəyyən etdiyini söyləyib. Xanım nazir qanlı olayda başqa terrorçuların iştirakının olub-olmadığını araşdırdığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, ötən gecə 22 nəfərin həyatını itirdiyi, 59 insanın yaralandığı terroru İŞİD öz üzərinə götürüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here