Deputat: “ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil”

15 May, 12:08

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır.
VOİCEPRESS xəbər verir ki, bunu trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, bu Rusiya hökumətinin mövqeyi deyil, müəyyən dairələrin məqsədli sifarişidir:

“Bu, Azərbaycana qarşı növbəti təzyiq addımıdır”.

E.Məmmədov bildirib ki, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onlar bu ölkənin müxtəlif təbəqələrində təmsil olunurlar:

“Həmin azərbaycanlılar Rusiyada kifayət qədər nüfuza və gücə malikdirlər. Konqresin ləğvi Azərbaycanla Rusiya arasındakı münasibətlərə mənfi təsir edə bilər”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here