VOİCEPRESS bildirir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadəyə Heydər Əliyev Mükafatı verilsin.
Qeyd edək ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011)[2] ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
“Dostlar gözləyir məni”, “Haradasan”, “Yadına düşəcəyəm”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi” və s. kitabların müəllifidir.
VOİCEPRESS.AZ






