Əməliyyatlın keçirildiyi ərazi İŞİD terrorçularının nəzarətində olub
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor şəhərinə desant yeridib.
VOİCEPRESS-in “Əlcəzirə” telekanlının saytına istinadən verdiyi məlumata görə, desant qüvvələri şəhərin şərqində xüsusi əməliyyat keçiriblər.
Həmin ərazi İŞİD terrorçu qruplaşmasının nəzarətindədir.
Məlumata görə, hərbi əməliyyatlarda “Apaçi” helikopterlərindən də istifadə edilib. Əməliyyatda hədəf İŞİD-in təchizat məntəqələrini və silah anbarlarını məhv etmək olub.
Əməliyyat başlayandan cəmi 20 dəqiqə sonra desantlar ərazini tərk ediblər. Bildirilir ki, ərazidə terrorçular darmadağın edilib. İŞİD-çilər əlavə qüvvə çağırıblar.
VOİCEPRESS.AZ







