Azərbaycan Ermənistandan 6 pillə irəlidədir

23 Mart, 11:28

Azərbaycan yenə Ermənistanı qabaqlayıb.

VOİCEPRESS istipress-ə istinadən xəbər verir ki, söhbət BMT-nin inkişaf proqramının məruzəsi əsasında tərtib olunan insan inkişafının indeksinə görə, dünya ölkələrinin vəziyyətindən gedir. Ölkəmiz cədvəldə 78, Ermənistan isə 84 pillədədir.

Burada, əsasən, gözlənilən ömür uzunluğu, adambaşına düşən təhsil və gəlir, eyni zamanda sosial müdafiə, əhalinin sağlamlıq və mədəni inkişafının göstəriciləri, cinayət və mühafizə məsələləri nəzərə alınıb.

Məruzədəki rəqəmlərə əsasən, Norveç, Avstraliya, İsveçrə, Almaniya və Danimarka insan inkişafına görə dünyada ilk beşlikdə qərarlaşıblar. ABŞ 10-cu yerdədir. Rusiya 49, Belarus 52, Qazaxstan 56, Gürcüstan 70, Azərbaycan 78-ci yeri bölüşür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here