Biləsuvar rayon Gənclər və İdman İdarəsin dəyirmi masa keçirildi

7 Mart, 15:05

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində “Şahin” hərbi- idman oyunlarının rolu artırılmalıdır.
VOİCEPRESS
xəbər verir ki, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 07 mart 2017-ci il tarixdə ümumtəhsil məktəblərinin ibtidai hərbi hazırlıq rəhbərləri ilə “Şahin” hərbi- idman oyununun məktəbdaxili və rayon birinciliyinin təşkili və keçirilməsində iştirakçı qurumların vəzifələri” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis müavini Ramiq Soltanov, Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov çıxış edərək “Şahin” hərbi idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolu və hərbi xidmətə hazırlanmasında müstəsna əhəmiyyəti barədə dəyirmi masa iştirakçılarına geniş məlumat verdilər.
Sonra yarışın məktəbdaxili və rayon birincilinin təşkili və keçirilməsində iştirakçı qurumların qarşısında duran vəzifələr müəyyənləşdirildi.



VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here