Norveçin Hərbi Dəniz Qüvvələri Aralıq dənizində 503 miqrantı xilas edib.
VOİCEPRESS “report”a istinadən bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, rezin qayıqların göyərtəsində 358 kişi, 29 qadın və 116 uşaq olub. Onlardan çoxu yaralılar olub.
Xilasetmə əməliyyatı zamanı ağır xəstəlikdən əziyyət çəkən 16 yaşlı oğlan xilas edilib.
Xəbərdə həmçinin qeyd edilir ki, iki nəfər insan alverində şübhəli bilinərək saxlanılıb və İtaliya polisinə təhvil verilib.
VOİCEPRESS.AZ







