Yardımlıda məsciddə yanğın baş verib

25 Fevral, 08:14

Yardımlı rayonunda məsciddə yanğın qeydə alınıb.

VOİCEPRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yardımlı rayonu, Honuba kəndində ümumi sahəsi 90 m2 olan kənd məscidinin yanar konstruksiyaları və içərsindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here