ABŞ mediasında Azərbaycanın COP29 uğurlarından yazılıb

16 Noyabr, 21:12

ABŞ mediasında Azərbaycanın COP29 uğurlarından yazılıb
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) tərəfindən könüllü olaraq COP29-ın xarici mediada təbliğatı davam etdirilir. Növbəti olaraq DFJD-nın sədri Fuad Hüseynzadənin ABŞ-ın “Bukharian times” qəzetində “Daha yaxşı dünyaya doğru: COP29 Bakıda başlayır” başlıqlı məqaləsi dərc olunub.
Yazıda noyabrın 11-dən Bakı Olimpiya Stadionunda COP29 tədbirlərinə start verildiyi bildirilib. Məqalədə noyabrın 12-də Bakıda COP29 Liderlər Sammitinin açılış mərasiminin keçirildiyi və burada Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi vurğulanıb. “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”,-deyə dövlətimizin başçısının nitqindən sitat verilib.
Yazıda Azərbaycanın ümumi olaraq COP29 uğurları, dünya azərbaycanlılarının və QHT-lərin həmrəyliyindən bəhs olunur: “Qeyd edək ki, COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda müxtəlif QHT-lər tədbirlər keçirilər. Bu tədbirlərdə ekoloji problemlərin həllində QHT-lərin vacib rolu geniş auditoriyaya çatdırılır. Həmçinin şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığının əhəmiyyəti önə çəkilir”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.bukhariantimes.org/