Yasamaldakı Bakı Baza Tibb kollecinin tələbələri könüllük fəaliyyəti ilə bağlı maarifləndirilib

25 İyun, 12:37

İyunun 21-də “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüllü sosial xidmətçilik” layihəsi çərçivəsində Yasamal rayonunda 2 nömrəli Bakı Baza Tibb kollecində tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Yasamal Rayon Bələdiyyəsinin sədr müavini Emin Muxtarov, Azərbaycan Respublikasının Vəkillər kollegiyasının üzvü, Presedent vəkil bürosunun vəkili və rəhbəri, Mediyasiya təşkilatının mediyatoru Zülfiyyə Həşimova, Presedent vəkil bürosunun vəkili Şəhriyar Əbilov, YAP-ın sədri və qiymətləndirmə monitorinq bölməsinin rəhbəri Gülər Quluzadə, Tələbə Həmkarlar Təşkilatının sədri Nəzakət Balaqadaşova iştirak edib.
İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndəsi Gülər Quluzadə gənclərə könüllü sosial sahədə, qayğıya ehtiyacı olan insanlara, sosial cəhətdən həll yollarından söhbət açıb. Tədbirin gedişatında 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbəsi Nigar xanım gənclərə könüllü sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olan və onlara dəstək göstərilməsi, işində ictimai rolun artırılması, bu yöndə könüllü fəaliyyətin göstərməsini vurğulayıb. Tədbirin əvvəlində tələbələrə dəftərxana ləvazimatları paylanılıb.
Qeyd edək ki, layihənin məqsədi sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi sahədə problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.