Azərbaycan Milli Kitabxanasında Gənclər Günü qeyd olunub

4 Fevral, 19:09

02.02.2024-cü il tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Milli Kitabxanası, Gənclərin Töhfəsi” İctimai Birliyi və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxış edərək, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti haqqında geniş məlumat verib.
Daha sonra Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək, dövlətimizin gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlar və dövlət dəstəyi barədə məlumat verib.
“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı çıxış edərək, 2 Fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib və onların cəmiyyətin inkişafında oynadığı roldan danışıb.
Həmçinin tədbirdə elm camiyəsinin nümayəndələri çıxışlar edib, daha sonra “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədr müavini Murad Həsənxanlının rəhbərliyi ilə bədii kompozisiya proqramı qonaqlara təqdim olunub.

image-img-20240203-wa0009 image-img-20240203-wa0010 image-img-20240203-wa0008 image-img-20240203-wa0005 image-img-20240203-wa0006