ABŞ-da yaşayan tanınmış rəssam Prezident İlham Əliyevi təbrik edib

16 Fevral, 21:48

Səidə Haqverdi (Fagala): “Biz hər zaman dövlətimizin, Prezidentimizin yanında olacağıq”

Cənab İlham Əliyevə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə digər ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, xaricdəki soydaşlarımız da təbriklər göndərirlər. Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində yaşayan tanınmış keramika rəssamı, “The Post Oak School”un müəllimi Səidə Haqverdi (Fagala) Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib. “Diaspornews.az” Prezidentin saytına istinadla Səidə Haqverdinin (Fagala) təbrik məktubunu təqdim edir: “Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi tarixi hadisədir. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş Qalib ölkənin Prezidentini seçdi. Çünki 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad edilməsi məhz Sizin güclü siyasi iradənizin və gərgin əməyinizin nəticəsidir. Siz dövlətçilik prinsiplərini əsas tutaraq Azərbaycanın haqq səsini beynəlxalq tribunalarda səsləndirirsiniz.

Mən uzun illərdir ki, atam Həsən Haqverdinin yolu ilə gedərək rəssam kimi xaricdə tədbir və sərgilər keçirməklə ölkəmizi təbliğ edirəm.
Cənab Prezident, Sizin yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. Sizin daxili və xarici siyasətinizə xaricdəki azərbaycanlılar da böyük qürur hissi ilə dəstək verirlər. Biz hər zaman dövlətimizin, Prezidentimizin yanında olacağıq. Azərbaycan dövlətinə və xalqına yorulmaz xidmətlərinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Ailə üzvlərimiz və şəxsən öz adımdan 7 fevral prezident seçkilərində qazandığınız mütləq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə bütün işlərinizdə uğurlar arzulayıram”.