Zəlzələ Hatay aeroportunu da dağıtdı

6 Fevral, 12:00

Türkiyənin cənub-şərqində baş verən zəlzələ böyük insan tələfatına və dağıntılara səbəb olub.

 “CNN Türk”ün verdiyi xəbərə görə,  təbii fəlakət Hatay hava limanını da dağıdıb.

Belə ki, aeroportun yeganə uçuş-enmə zolağı tamamilə sıradan çıxıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.