Media gəlir vergisindən azad olunur

6 Fevral, 11:50

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir vergisindən azad olunur.

Bu barədə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində bildirilib.

Qeyd edək ki, gəlir vergisindən azad olunma 2023-cü il yanvarın 1-dən 3 il müddətinə tətbiq ediləcək.