Pakistan Azərbaycan xalqı ilə həmrəydir – AÇIQLAMA

27 Yanvar, 23:34

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

Bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.

“Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, – XİN bəyan edib.