Türkiyənin İzmir vilayətində 4,9 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:29-da Buca rayonu ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 14,47 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində iki nəfərin yaralandığı, məscidin minarəsinin zədələndiyi bildirilib. Ölənlər barədə məlumat yoxdur.