Rusiya səfiri Qarabağa qanunsuz səfər etmiş revanşist erməni deputatı qəbul etdi…

11 Noyabr, 21:21
Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etmiş Ermənistan parlamentinin insan hüquqları və ictimai əlaqələr üzrə daimi Komitəsinin sədri Taquyi Tovmasyanı qəbul edib.
Bu haqda Verelq.am nəşri məlumat yayıb.
“Biz strateji müttəfiqimiz olan dövlətin səfiri ilə iki erməni respublikasının – Ermənistan və Artsaxın başına gələn problemləri müzakirə etdik. Təəssüf ki, narahatedici hadisələr durmadan artır… Artsax sakinlərinin bir şərti və tələbi var: Rusiya sülhməramlı kontingenti Artsax Respublikası ərazisində qalmalıdır. Onların qalma müddətinin uzadılması Artsax ermənilərinin yaşamaq hüququnun həyata keçirilməsi baxımından son dərəcə zəruridir”- deyə revanşist və irqçi çıxışlarıyla seçilən erməni deputat bildirib.
Həmçinin T.Tovmasyan səfirin diqqətini “Ermənistan Respublikasının sərhədlərindəki vəziyyətə, xüsusilə də guya “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisinin bəzi hissələrinin qanunsuz işğalını davam etdirməsinə” yönəldib…