Fuat Oktay: “Şuşada olduğuma görə sevinirəm”

6 Noyabr, 14:33

“Şuşada olduğuma görə sevinirəm”.

Bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ 30 ildən sonra işğaldan azad edilib:

“Fürsətdən istifadə edib şəhidlərimizi yad edirəm. Bütün dünya Azərbaycanla paylaşdığımız müdafiə sənayesi məhsullarının bacarığının şahidi oldu”.

F.Oktay bildirib ki, Şuşanın “Qarabağın ürəyi” adlandırılması təsadüfi deyil.